525.Az

Almaniyanın Müdafiə naziri İraqa səfər edib


 

Almaniyanın Müdafiə naziri İraqa səfər edib<b style="color:red"></b>

Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer İraqa gözlənilməz səfər edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin təmsiliçisi deyib.

İraqa səfərindən öncə İordaniyaya gedən Kramp-Karrenbauer burada alman hərbçiləri ilə görüşüb və İordaniya hakimiyyət nümayəndələri ilə müzakirələr aparıb.

Təhlükəsizliklə əlaqədar nazirin səfərinin təfərrüatları açıqlanmayıb.

Müdafiə Nazirliyi bildirib ki, Kramp-Karrenbauer İraqda alman hərbi qüvvələrinin fəaliyyəti və İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi ilə bağlı bu ölkənin yüksək səviyyəli hərbçiləri ilə müzakirələr aparacaq.

 





15.01.2020    çap et  çap et