"BMT-nin inkişafa yardım sistemində geniş miqyaslı dəyişikliklər baş verməkdədir".
APA xəbər verir ki, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanda da həyata keçirilir: "Hökumətlə sıx işləyirik. Bir halda ki, hökumət iqtisadiyyatı inkişaf etdirmək istəyir. BMT-nin Baş Katibi 2030-cu ilə qədər olan gündəliyin icrasında yenilik gətirmək niyyətindədir. Azərbaycan bu məqsədləri icra etmək istəyirsə, 2030-cu ilə olan gündəliyə öz təkliflərini verməlidir. Bu, tarixdə görülməmiş gündəlikdir. İqlim dəyişikliyi, bərabərliyin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması məsələsini BMT özü tam mənada icra edə bilməz".