525.Az

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib


 

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Şahmərdanov Müseyib Şahin oğlu tabeliyindəki avtomat silahla özünü vurub. Nəticədə güllə yarası alan əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Qeyd edək ki, M. Şahmərdanov Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 





14.11.2013    çap et  çap et