525.Az

Əsgərimiz hərbçi yoldaşını güllələdi


 

Əsgərimiz hərbçi yoldaşını güllələdi<b style="color:red"></b>

Azərbaycan Ordusunda daha bir silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.
 
Ordumuzun əsgəri, 19 yaşlı Elman Süleymanovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə E. Süleymanovun əsgər yoldaşı, 19 yaşlı Natiq Əsədova dəyib. N Əsədov hospitala yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 





14.11.2013    çap et  çap et