525.Az

Qırğızıstan ABŞ-a nota təqdim edib


 

Qırğızıstan ABŞ-a nota təqdim edib<b style="color:red"></b>

Qırğızıstan ABŞ-a “Manas” Tranzit Daşımaları Mərkəzinin fəaliyyəti haqda sazişin dayandırıldığı barədə nota verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, notanı Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev ABŞ-ın ölkədəki səfiri Pamela Spratlenə şəxsən təqdim edib.
 
Qeyd edək ki, sonradan Tranzit Daşımaları Mərkəzi adlandırılan aviabaza 2001-ci ilin dekabrında Əfqanıstandakı əməliyyatlarla bağlı yaradılıb. ABŞ-ın 2014-cü ildə koalisiya qüvvələrinin əsas kontingentinin Əfqanıstandan çıxarılması qərarı ilə əlaqədar Qırğızıstan hakimiyyəti aviabaza barədə 2014-cü ilin ortalarında bitəcək müqavilənin müddətini uzatmamağa qərar verib. Qırğızıstan prezidenti Almazbek Atambayev “Manas” hava limanının tam mülki obyekt olacağını söyləyib.

 





14.11.2013    çap et  çap et