525.Az

Prezident İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb


 

Prezident İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşü olub.

APA-nın xəbərinə görə, görüşdə ikitərəfli əlaqələr müzakirə olundu, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparıldı, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulandı. Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələrə toxunuldu, bu münasibətlərin inkişafından məmnunluq ifadə olundu.

 

Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edildi. Prezident İlham Əliyev ölkəmizdə reallaşdırılan bərpaolunan enerji layihələri barədə məlumat verdi. Gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpaolunan enerjidən istifadənin mümkünlüyü bildirildi. Vurğulandı ki, alternativ enerjinin Azərbaycanda böyük potensialı var.

 





23.01.2020    çap et  çap et