525.Az

Azərbaycan ərazisində hava yağışlı olacaq


 

Azərbaycan ərazisində hava yağışlı olacaq<b style="color:red"></b>

Sabah Azərbaycan ərazisində hava yağışlı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadasında noyabrın 16-da havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək, gündüz külək mülayimləşəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-11, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 16-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə instensivləşəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Aran rayonlarında gecə 5-10, gündüz 11-16 dərəcə, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 





15.11.2013    çap et  çap et