525.Az

Polis Bakı Metropolitenində əməliyyat keçirdi


 

Polis Bakı Metropolitenində əməliyyat keçirdi<b style="color:red"></b>

Polis Bakı Metropolitenində əməliyyat keçirib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyatı Metropolitendə Polis Şöbəsi və Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsinin əməkdaşları keçirib.

Əməliyyat zamanı Əli Xasanov şübhəli şəxs qismində yaxalanıb. Ondan 0,205 qram heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən olub ki, o, avqustun 1-də 109 saylı xətt avtobusunda Tərlan Soltanova məxsus, içərisində 1170 manat və sənədlər olan, avqustun 23-də isə M.Həsənov küçəsində Lamiə Neymətovanın əl çantasından içərisində 820 manat, eləcə də şəxsi sənədlər olan pul kisəsi oğurlayıb.

Qeyd edək ki, Əli Xasanov əvvəllər də məhkumluq həyatı yaşayıb.

 





15.11.2013    çap et  çap et