525.Az

Artur Rəsizadə Gürcüstan prezidentinin andiçməsində iştirak edəcək


 

Artur Rəsizadə Gürcüstan prezidentinin andiçməsində iştirak edəcək<b style="color:red"></b>

Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində iştirak edəcək.

APA-nın xəbərinə görə, bunu G. Marqvelaşvili ilə görüşündən sonra yerli mediaya açıqlamasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn deyib. O bildirib ki, A. Rəsizadə bazar günü Gürcüstana səfər edəcək və G. Marqvelaşviliyə Azərbaycan prezidentinin təbrikini çatdıracaq. 
 
Səfir Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşəcəyindən əminliyini vurğulayıb: “Bizim münasibətlərimizin yaxşı dinamizmi var və əlaqələr daha da genişlənəcək. Prezidentlə bunu müzakirə etdik”.  

 





15.11.2013    çap et  çap et