525.Az

Prezident baş redaktorları görüşə çağırmışdı...


 

Prezident baş redaktorları görüşə çağırmışdı... <b style="color:red"></b>

Yaddaşımın küncündən...

 

Adi günlərindən biriydi. Telefon zəng çaldı. Azərbaycan prezidentinin mətbuat katibi Arif Əliyev:

Şənbə günü prezident ölkənin yüksək tirajlı qəzetlərinin baş redaktorlarıyla görüşməyi planlaşdırır. “Səhərqəzeti bu qrupa daxildir. Ancaq mənə dedilər ki, baş redaktorunuz xaricdə səfərdədir, prezidentlə görüşə baş redaktorun birinci müavini kimi Siz dəvət olunursunuz. Şənbə günü, saat 10-da, prezidentin iqamətgahında...

Ömrüm boyu heç kimi əvəzləmədiyim, buna cəhd göstərmədiyim üçün bu dəfə nəm-nüm eləsəm , köhnəMolodyoj Azerbaydjanaçı Arif bir həmkar olaraqAzərbaycan gənclərinin lap köhnə təmsilçisini bu görüşə razı saldı.

1993- il fevralın 6-. İki gündən bəri yağan qar dayanmış yavaş-yavaş əriməyə başlamışdı. Küçələrdə nəqliyyat vasitələri az olsa da, adamın ayağını yerdən götürməyə yetirdi.

Prezident iqamətgahının qapısı önündə toplaşanları barmaq hesabı saymaqlayüksək tirajlı qəzetlərin sayının 10-u keçmədiyini təyin eləmək çətin deyildi. Yüngülcə salamlaşdıq, bugünkü nömrələrdəki bəzi yazılara eyhamla işarə vurduq ... Giriş qapısı açıldı, bizi içəri dəvət elədilər. Adətən belə məqamda başlanan ənənəvibuyur-buyuronunla nəticələndi ki, kiçik dəhlizdən içəri birinci mən keçəsi oldum.

Qəbul otağına qədəm qoyan təki qapının sağ layının arxasında dayanmış prezident Əbülfəz Elçibəyə gözüm sataşdı. Görüşmək üçün bir addım irəli atıb sağ əlini uzatdı. Belə olacağını gözləmədiyimə prezidentin bizi məhz bu şəkildə qarşılayacağına dair xəbərdarlıq almadığımıza görə duruxub qaldım, ancaq dərhal özümə gəlib mən şəstlə əl verdim elə bu an arxamca gələnləri şoka salan hadisə baş verdi: əlim əlində olduğu halda prezident məni özünə tərəf çəkib bağrına basdı...

Sonra arxamca otağa daxil olan baş redaktorların hamısıyla birbəbir əl verərək görüşüb balaca qəbul otağının ortasında qoyulmuş uzunsov stolun arxasına keçdi. Sağında-solunda, hər tərəfdən 2-3 nəfər özünə yer elədi. Mən onunla üzbəüzdə qərar tutası oldum.

İndiki uydurma dillə desək, “media kapitanları salamladıqdan sonra görüşün məqsədini bildirdi: “İstədim bir görüşək, dərdləşək”.

Sonra üzünü mənə tutub: “Hardan tanıyıram səni?” – deyə soruşdu.

Tam qətiyyətləBakı Dövlət Universitetindən... 1968-ci ilin 2 sentyabrından” – dedim.

Keçən qeydlərimdə yazdığım kimi, mən HƏMİN tarixi uzun müddət məhz 2 sentyabr hesab eləmiş, həmişə həmin tarixi hamıya bu cür nişan vermişəm. Ona görə indi belə söylədim: 2 sentyabr...

O isə tarixin qeyri-dəqiqliyinə məhəl qoymadı, eləcə il üçün sanki gözlərinə işıq gəldi, çoxdan arxada qalmış gənclik illərinə qovuşdu. Ona görə başqa dəqiqləşdirmə elədi:

Tarix fakültəsində?

Yox, kitabxanaçılıqda...” – cavab verdim.

Mənzərə tam aydınlaşdı: “O ilk beşliyimiz yadındamı? – soruşdu, sonra hamıya müraciətlə dedi: – Mən bu gün üçün deyirdim ki, bizim azadlıq hərəkatı beşliklərdən onluqlara, onluqlardan yüzlüklərə çevrilməklə bütün milləti əhatə eləyəcək onda bu millətin qabağında heç , heç kim dayana bilməyəcək...”.

İlk beşlikdeyə nəzərdə tutduğu, yaxud ehtimal elədiyi adamlarıkeçmiş tələbələrini soruşdu, onların aqibəti ilə maraqlandı. “Gəlib-gedənin əlindən gecəm-gündüzüm yoxdur: hərəsi bir xahişə gəlir. Bəs siz niyə gəlmirsiniz?” – bu da onun mənə, fərdi müraciəti oldu.

Mən onun güman elədiyi beşliyin bütün üzvlərinin adını çəkib harada işlə məşğul olduqlarını söylədim, iradına isə: “Siz onsuz da bizi buna öyrədirdiniz ki, yaxşı mütəxəssis olub vətənin dərdlərinə dərman olmaq lazımdır. İndi biz azdan-çoxdan bu tövsiyənizə əməl eləməklə məşğuluq. Nəsə bir problemimiz olanda da özümüz həll eləməyə çalışırıq. Daha hər şeydən ötrü prezidentin üstünə qaçmazlar ki?!.” – dedim.

Yenə mənalı-mənalı gülümsədi sol qolunun altındakı qəzet topasınaqəzetlərin təzə nömrələrinə işarə ilə: “Düz eləyirsən, budur, burda – “Səhər hərdən-birdən mənə möhkəm çəkirsən” – deyib, söhbətin miqyasını bir az da genişləndirdi: – Buyur, “7 günbu gün təcili yardım stansiyasından məlumat veribbu qarda-çovğunda Bakının küçələrində neçə nəfər yıxılıb, neçəsinin qol-qıçı əzilib. Bunu da elə verib ki, elə bil qar da Əbülfəzin sifarişi ilə yağıb, küçələri Əbülfəz qardan-şaxtadan təmizləməliymiş, avtobusların işini prezident nizamlamalıymış... Yaxud bu da mənim dostum Aqil Abbasın qəzeti, “Ədalət”. Görün, adıƏdalətolan bu qəzet yazıb...

Bu cür fərdi iradlarla davam edən söhbət gəlib çıxdı xarici medianın üstünə. Prezident sözünə davam elədi:

Siz bilirsiniz ki, srağagün gecə Cövhər Dudayev Bakıda olub. Özü dəvətsiz. Mən burada Eduard Şevardnadzeynən şam yeməyi yeyirik, gəlib qulağıma pıçıldayırlar ki, bəs Dudayev şəxsi təyyarəsiynən bizim aeroporta enib, bura gəlib Şevardnadze ilə görüşmək istəyir.

Bilirsiniz ki, bu, az qala mümkünsüz bir işdirçünki Zviad Qamsaxurdiya bunun qatı düşmənidir, o da qaçıb girib Dudayevin qoltuğunun altına. İndi Dudayev , Allah bilir, hansı niyyətlə bununla görüşə can atır. Amma mən bizim Qafqaz adət-ənənələrinə yaxşı bələdəm, bilirəm ki, burda heç bir kişi başqa birisinin süfrəsi başında namərd hərəkət edə bilməz eləməz ...

Mən bir qədər düşünüb Şevardnadzeyə sirri açıram Dudayevi Bakıya şəxsən özüm, onunla görüşdürmək üçün çağırdığımı söyləyirəm. “İcazə verirsənmi gəlsin bizim süfrəmizdə otursun?” – deyə soruşuram. Hiss edirəm ki, rəngi ağappaq ağarıb, özünü tələyə salınmış kimi sanır. Bir daha əmin edirəm ki, can narahatlığı üçün əsas yoxdur, hər şey mənim boynumdadır, ancaq bu görüşün bütövlükdə Qafqazda sülh üçün, sakitlik üçün böyük əhəmiyyəti var...

Onu inandıra bilirəm. Dudayev gəlir, bunları görüşdürdüyüm üçün bilmir ki, mənə cür təşəkkür eləsin. Bizim birgə şam yeməyindən sonra bunlar düz iki saat təklikdə qalıb söhbətləşirlər. Belə bir razılıq əldə olunur ki, Çeçenistan konkret olaraq Qamsaxurdiya tərəfdən Şevardnadzenin hakimiyyətinə heç bir sədəmə toxunmayacaq...

Sonra üçümüz görüşür, bu niyyətə xeyir-dua veririk ... razılığa gəlirik ki, bu barədə mətbuat orqanlarında bir cümləynən olsa da məlumat verilməsin.

Amma bugünküİzvestiya” “Şevardnadze Qafqazda sülh yaradırbaşlığıynan bu barədə məlumat yayıb. Deyən yoxdur ki, Şevardnadze sülh yaradırsa, bunu niyə Tiflisdə eləmir, gəlib Bakıda eləyir? Bax, sizin təmsilçisi olduğunuz mətbuatın bu cür həlləm-qəlləm işləri var...

İstəyirəm biləsiniz, – prezident söhbətinə davam elədi, – biz sizinləkimiynən 30 il, kimiynən 20 il, kimiynən 10 il, kimiynənsə cəmi 1 il əvvəlbu mübarizəyə başlayanda məqsədimiz, məramımız milləti, vətəni günə çıxarmaq olub. Heç birimiz prezidentlik, ya baş redaktorluq iddiasında olmamışıq, bunun üçün təcrübəmiz olmayıb, bunları indiişləyə-işləyə, görüb götürə-götürə əldə edirik. Ona görə birimizin səhvini götürüb dağın başına qoymamalıyıq, o səhvin aradan qaldırılmasına kömək eləməliyik. Təbii ki, bu, bilərəkdən edilməyən səhvdisə...

O il mən Moskvada Yeltsinlə görüşmüşəm. Deyir, cənab Elçibəy, gəlin filan işi filan cür görək. Mən fövrən anlayıram ki, bu, çox qorxulu məsələdir, buna getmək olmaz, bunun qorxusunu heç özü anlamır. Deyirəm ki, Boris Nikolayeviç, Siz məsələni çox gözəl qoyursunuz, mən düşünürəm ki, o məsələni məhz Siz deyən təki həll eləmək olar, ancaq bilirsiniz ki, məsələyə ictimai münasibət var: bizim bir daxili işlər nazirimiz varİsgəndər Həmidov, xalqı bizim əleyhimizə qaldırar, necə deyərlər, it gedər, ip ... O, dərindən köks ötürübTamamilə doğru söyləyirsiniz, qoyun bu məsələ hələ gözləsin” – deyir.

Yaxud mən deyirəm ki, filan məsələni belə eləsək, məncə, hər iki dövlət üçün yaxşı alınar... O da mənə dəstək verir ... bunun baş tutacağına inanmadığını bildirir, çünki ortada prezidentin milli məsələlər üzrə müşaviri Sergey Şaxray var, onu razı salmaq böyük problemdir... Bax, dövləti idarə eləməyin bu cür incə məqamları var siz jurnalistlər bu məqamları bilib nəzərə almayınca həm sizin, həm dövlət idarəçilərinin başı qilü-qaldan ayılmaz...

Prezidentdən sonra ayrı-ayrı dəvətlilər qaldırılan məsələlərə münasibət bildirdilər, mən dedim ki, “siz səhv eləyincə mən yazacağam, çalışın ki, səhv etməyəsiniz, yaxud səhviniz mümkün qədər az olsun”.


...Dövlət katibi Pənah Hüseynovun görüş otağına girib söhbəti bitirmək növbəti qəbula başlamaq barədə ikinci təkidli qeydindən sonra görüşümüz bitdi. Prezident yenə hamıyla təkbətək əl verib xudahafizləşdi, mənə isəUşaqları gözləyirəm ha...” – tapşırığını verməyi unutmadı.

Onunla növbəti, sonuncu görüşümüz 1997-ci il dekabrın 27- – “Azadlıqqəzetinin ilk nömrəsinin çapdan çıxmasının ildönümünə həsr olunmuş ənənəvi məclisdə oldu, amma bu dəfəKələki hicrətindən sonra mənim kimi keçmiş, lap keçmiş beşliklərdən birinin üzvünün ELÇİBƏYə sərbəstcəsinə yaxın düşməsi mümkünsüz idi...

P.S. Gələcək prezidentəPrimaçəkdirməyimi mənə irad tutan dost-tanışa ümumiyyətlə, bütün oxuculara: hansı dövrdən, hansı ildən söhbət açıramsa, bütün faktları istisnasız olaraq həmin dövrdə, ildə adlandırıldığı kimi qeyd edirəm; busiqaretə aiddir: Azərbaycanda o vaxtların ən bahalı nüfuzlu siqareti Bolqarıstan istehsallıTrezor Moskva istehsallıStoliçnayasiqaretləri idi. Hər ikisinin dadı mənə yaxşı tanış idi, 1968-ci ilin sentyabrında isəPrimaçəkirdim. Səhv eləmirəmsə, qutusu 15 qəpiyə idi. Mən onu ötən qeydlərimdəucuzdan-ucuz siqaretadlandırmışdım. 70-ci illərin əvvəllərində sovet ordusu sıralarında xidmət zamanı gördüyümOxotniçyiisə həqiqətən SSRİ-nin ən ucuz siqaretiydi: pərakəndə satış qiyməti 5 qəpik idi, ancaq satışa buraxılmırdıonu xaricdə xidmət edən əsgərlərə sualtı qayıqların matros heyətinə iki günə bir qutu hesabı ilə pulsuz paylayırdılar...

P.P.S. 1993- il fevralın 6-dakı görüşün gedişində hansısa məqamda prezident cibindənMarlborosiqareti çıxardı, qutunu açıb: “Buyurun, çəkin” – deyəndə üzbəüzdə oturan məntərəddüdsüz-filansız əlimi uzadıb siqaretin birini götürdüm ... elə siqaretimi Elçibəy yandırdı... 

Fevral 1993 – oktyabr 2012

 





12.10.2012    çap et  çap et