525.Az

Magistratura və rezidentura üzrə bəzi ixtisasların təsnifatında dəyişiklik edilib


 

Magistratura və rezidentura üzrə bəzi ixtisasların təsnifatında dəyişiklik edilib<b style="color:red"></b>

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nda dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ali təhsilin magistratura səviyyəsində Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə), “Təbiət ixtisasları qrupu” bölməsinə yeni dövlət informasiya sistemlərinin təhlükəsizliyi və rəqəmsal hökumət, “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə neft-qaz çıxarmada nanotexnologiya, süni intellekt, məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları əlavə edilib.

 





31.01.2020    çap et  çap et