525.Az

Azərbaycan vətəndaşlarını gətirəcək təyyarə Çinə yol düşüb


 

Azərbaycan vətəndaşlarını gətirəcək təyyarə Çinə yol düşüb<b style="color:red"></b>

Yeni tip koronavirus epidemiyasının yayıldığı Vuhan şəhərindəki Türkiyə vətəndaşlarını gətirmək üçün təyyarə Ankaradan Çinə yol düşüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ambulans təyyarə halına gətirilən hərbi yük təyyarəsi “Etimesgut” hərbi aerodromundan havaya qalxıb.

Türkiyə Hava Qüvvələrinə məxsus A400M təyyarəsində mütəxəssis həkimlər də Çinə yollanıb. 

Təyyarə Vuhanda olan 34 Türkiyə vətəndaşı ilə yanaşı, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını da Türkiyəyə gətirəcək.

Tibbi müayinədən keçəndən sonra təyyarəyə mindiriləcək 47 nəfər Türkiyəyə gəldikdən sonra Ankarada hazırlanan xəstəxanada karantin altına alınacaq. 

 





31.01.2020    çap et  çap et