525.Az

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini işdən çıxarıldı


 

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini işdən çıxarıldı<b style="color:red"></b>

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.

“Report” xəbər verir ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib: "Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".

Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.

 





31.01.2020    çap et  çap et