525.Az

Məzahir Pənahov deputatlığa namizədlərə növbəti dəfə xəbərdarlıq edib


 

Məzahir Pənahov deputatlığa namizədlərə növbəti dəfə xəbərdarlıq edib<b style="color:red"></b>

“Deputatlığa namizədliyi qeydə alınmış şəxslərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir: “Seçkiqabağı təşviqat kampaniyası zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır”.

M. Pənahov namizədləri ədalətli olmağa çağırıb: “Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir. Bu, qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.

 





31.01.2020    çap et  çap et