525.Az

İran-Azərbaycan sərhədində növbəti gərginlik


 

İran-Azərbaycan sərhədində növbəti gərginlik<b style="color:red"></b> Dünən Biləsuvar rayonunda, İran İslam Respublikası ilə sərhəddə vəziyyət normallaşsa da, bu gün səhər saatlarında İranın sərhəd keçid məntəqəsində yeni qaydaların tətbiq etməsi ilə yenidən buraxılış məntəqəsində yük avtomobillərinin böyük növbəsi yaranıb.
 
ANS PRESS-in məlumatına görə, yeni qaydalara əsasən, qarşı tərəfə keçən avtomobillərinin yüklə birlikdə ümümi çəkisi 30 tondan yuxarı olmamalıdır. Sürücülərinin sözlərinə görə, İranın tətbiq etdiyi yeni qaydalar beynəlxalq yükdaşıma standartlarından xeyli fərqlidir.
 
Maraqlıdır ki, hər iki tərəfə sərbəst keçən İrana məxsus yük avtomobillərinin əksəriyyətinin yükü 30 tondan yuxarı olasa da, onların keçidində heç bir məhdudiyyət yoxdur. Azərbaycanlı sürücülər deyirlər ki, qarşı tərəfə keçən avtomobillərdəki yüklərin çəkisinin azladılması onların xərclərinin çoxalmasına, gəlirlərinin isə azalmasına səbəb olacaq.
 
Artıq sərhəddə 30 tondan artıq olan yüklərin digər avtomobillərə boşaldılmasına başlanılıb.
 
Qarşı tərəfdən gələn sürücülərin sözlərinə görə, dünən Biləsuvardan buraxılmış əksər yük avtomobilləri Culfa sərhəd keçid məntəqəsində saxlanıb. Sürücülərdən geri qayıdarıq yüklərinin çəkisinin azaltmaları tələb olunub. Naxçıvanda İranla sərhəddə 150-dən yuxarı yük avtomobili İran sərhədindən Muxtar Respublikaya buraxılmır.
 





17.11.2013    çap et  çap et