525.Az

“Koroğlu” NMM-də növbəti dəfə dezinfeksiya işləri aparılıb


 

“Koroğlu” NMM-də növbəti dəfə dezinfeksiya işləri aparılıb<b style="color:red"></b>

Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

 





01.02.2020    çap et  çap et