525.Az

MEK “Gənclər Günü” münasibətilə kitab aksiyası keçirib - Foto


 

MEK “Gənclər Günü” münasibətilə kitab aksiyası keçirib - <b style="color:red">Foto</b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “Gənclər Günü” münasibətilə kitabxananın ən gənc əməkdaşları və oxucularının iştirakı ilə aksiya keçirib.

Tədbirdə bu tarixi günün əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, Ümummilli lider 1995-ci ildə Gənclər Forumunun yaradılması ilə “2 fevral Gənclər Günü”nün qeyd edilməsi təşəbbüsünü irəli sürdükdən sonra, 1996-cı ildən başlayaraq keçirilən forumlarda iştirak edib. Qeyd olunub ki, gənclər siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

“Heydər Əliyev”, “İlham Əliyev”, “Məmmədəmin Rəsulzadə”, “Bura Vətəndir”, “Azərbaycan elmi”, “Azərbaycan mədəniyyəti” və digər guşələrin olduğu Sərgi salonunda keçirilən tədbirdə MEK direktoru Leyla İmanova kitabxananın gənc əməkdaşları və oxucularını əlamətdar gün münasibətilə təbrik edib. Onlara təhsil və elm sahəsində axtarışlarında  uğurlar diləyib.

MEK-in 6500 oxucusunun 4465-nin gənc olduğunu vurğulayan L.İmanova burada yeni informasiya xidmətlərinin məhz kitabxana – gənc oxucular birliyində formalaşdığını qeyd edib. L.İmanova bildirib ki, MEK əməkdaşlarının əksər hissəsi gənclərdən formalaşır və onlar ənənəvi kitabxana faəliyyəti, eləcə də rəqəmsallaşdırma, “vikipediya”, proqramlaşdırma, ictimaiyyətlə əlaqələr və başqa fərqli sahələrdə çalışır.

Tədbirdə MEK əməkdaşları təbriklə çıxış edərək, gənc oxuculara Azərbaycan mədəniyyəti və elminə dair kitablar hədiyyə edib.

Gənc oxucu, AMEA Fəlsəfə İnstitutunun elmi işçisi Zaur Rəşidov MEK kollektivinə təşəkkür edərək, kitabxananın fəaliyyətindən məmnun olduğunu bildirib.

Qeyd edək ki, oxuculara hədiyyə olunan kitablar Azərbaycan Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr olunub.

 





01.02.2020    çap et  çap et