525.Az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək


 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək<b style="color:red"></b>

Fevralın 3-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya işgüzar səfərə gələcək.

AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi qarşılanma mərasimindən sonra Ukrayna-Türkiyə biznes forumunda iştirak edəcək.

Forumda əsas müzakirə mövzularından biri Ukrayna ilə Türkiyə arasında Azad Ticarət Sazişinin imzalanması olacaq. Regional layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması və digər maraq doğuran məsələlərlə bağlı da müzakirələr aparılacaq.

 





01.02.2020    çap et  çap et