525.Az

Səfirlik: Azərbaycan vətəndaşlarının Çindən Türkiyəyə təxliyəsi ilə bağlı proses nəzarət altındadır


 

Səfirlik: Azərbaycan vətəndaşlarının Çindən Türkiyəyə təxliyəsi ilə bağlı proses nəzarət altındadır<b style="color:red"></b>

Azərbaycan vətəndaşlarının Çinin Uxan şəhərindən Türkiyəyə təxliyə edilməsi ilə bağlı proses nəzarət altındadır.

Azərbaycanın Türkiyədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı əsasında bütün lazımi işlər görülür. Təxliyə olunan vətəndaşlarımız könüllü əsasda 2 həftə ərzində Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaq, daha sonra Azərbaycana göndəriləcək.

Qeyd edək ki, təxliyə üçün ayrılan təyyarə fevralın 1-də axşam saatlarında Ankaraya çatacaq.

 





01.02.2020    çap et  çap et