525.Az

Sabah hava küləkli olacaq, temperatur 14 dərəcəyə çatacaq


 

Sabah hava küləkli olacaq, temperatur 14 dərəcəyə çatacaq<b style="color:red"></b>

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 3-5° isti, gündüz  8-13° isti, Bakıda  gecə 3-5° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi  764 mm civə sütunundan 757 mm civə sütununa  enəcək.

Nisbi rütubət  gecə 65-75 %, gündüz 55-60%  olacaq. 

Fevralın 3-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz oalcaq, gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə  1° şaxtadan 4°-dək  isti, gündüz  9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  1-6° isti  olacaq.

 





02.02.2020    çap et  çap et