525.Az

Azərbaycan ifaçısı Türkiyədə səsiylə heyran etdi


 

Azərbaycan ifaçısı Türkiyədə səsiylə heyran etdi<b style="color:red"></b> Türkiyənin TRT-Haber kanalının qonağı olan əməkdar artist Gülyanaq Məmmədova Azərbaycan mədəniyyətini və sənətini bir daha bütün Türkiyəyə  tanıdıb.

525.az-ın məlumatına görə, Azərbaycan müğənnisinin canlı ifası dinləyiciləri heyran edib. "Haber Tadında" proqramının qonağı olan G.Məmmədova İnci Ertuğrulun suallarını cavablandırıb. 20 dəqiqə davam edən proqramda mədəniyyət,  musiqi və bir çox məqamlara toxunulub.

Tanınan sənətçi TRT Haber kanalında Azərbaycan mədəniyyətini tamaşaçılarla paylaşıb. Xüsusilə milli musiqidən bəhs edilib. Gülyanaq Məmmədovanın canlı ifası başda proqram aparıcısı İnci Ertuğrul və tamaşaçıları heyran etdi. Azərbaycan sənətçisi iki muğam və bir türkü səsləndirib.

Özünə xas üslubla "İki Keklik" türküsü isə  dinləyicilər tərəfindən xüsusi bəyənilib.

 

 





18.11.2013    çap et  çap et