525.Az

Sabahın hava proqnozu


 

Sabahın hava proqnozu<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında fevralın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz  10-15, Bakıda  gecə 3-5, gündüz  13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 4-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.     Havanın temperaturu  gecə  0-5, gündüz  12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti  olacaq

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 04-05-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

 





03.02.2020    çap et  çap et