525.Az

Azərbaycanlı alim ilk dəfə ABŞ-da keçirilən beynəlxalq müsabiqənin münsiflər heyətində


 

Azərbaycanlı alim ilk dəfə ABŞ-da keçirilən beynəlxalq müsabiqənin münsiflər heyətində<b style="color:red"></b>

Bu il mayın 11-dən 15-dək ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF – International Science and Engineering Fair) keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il müsabiqənin tarixində ilk dəfə olaraq ISEF-in münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə “Böyük mükafat” münsifi qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın alimləri” respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov daxil edilib.

Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi hər il 70-80 ölkədən IX–XI sinif şagirdlərini bir araya gətirir.

2012-ci ildən etibarən “Sabahın alimləri” respublika müsabiqəsinin qaliblərindən ibarət komanda ISEF-də Azərbaycanı uğurla təmsil edir.

 





03.02.2020    çap et  çap et