525.Az

Almaniyada "Azərbaycan gecəsi"


 

Almaniyada "Azərbaycan gecəsi"<b style="color:red"></b>

Noyabrın 14-ü Almaniyanın Ştutqart şəhərində "Theaterhaus“ konsert salonunda "Azərbaycan gecəsi“ adlı layihə keçirilib. 

525.az-a verilən məlumata görə, layihə Heydər Əliyev Fondunun və Azərbaycanın Ştutqartdakı fəxri konsulluğu tərəfindən təşkil olunub.

Gecədə Almaniyanın məşhur "Minquet Quartett“, "Vokalconsort Berlin“, "Ensemble Musikfabrik“ ansamblına rəhbərlik edən, dünya şöhrətli  dirijor Claudio Abbadonun davamçısı  "La Scala" və "Berlin Filarmoniyasının dirijoru Andrea Pestalozza, Azərbaycanın xalq artistləri Fərhad Bədəlbeyli və Murad Hüseynov iştirak ediblər. 

Tədbirdə Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, gənc bəstəkar, Prezident təqaüdçüsü  Günay Mirzəyeva və italyan bəstəkarı Francesco Maggionun əsərləri səslənib.

Azərbaycan musiqisinə, UNESCO irsi olan muğamının və mədəniyyətinin vurğunu olan Françesko Maggio əsərini xüsusilə Azərbaycana həsr edib.

Tədbirin sonunda Françesko Maggio bunları deyib:  „Mənə doğma olan Azərbaycan musiqisi bir bəstəkar kimi məndə maraq doğurur və təsadüfi deyil ki, Azərbaycana həsr edilmiş əsərlərimdə muğamdan geniş istifadə edirəm. Əbədi olan muğamın sonu yoxdur, o mənim üçün yaradıcı mənbədir. Bu tədbirdə iştirak etdiyim üçün Heydər Əliyev Fonduna və onun Prezidenti Mehriban xanıma  xüsusi təşəkkürümü bildirirəm".

 

 





18.11.2013    çap et  çap et