525.Az

Qazaxıstan Respublikasının nümayəndə heyəti Bakı Dövlət Universitetində olub


 

Qazaxıstan Respublikasının nümayəndə heyəti Bakı Dövlət Universitetində olub<b style="color:red"></b>

Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Məhərrəm Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev BDU ilə Qazaxıstan ali təhsil müəssisələri arasındakı əlaqələrin əhəmiyyətindən danışıb. Universitetin bir neçə fakültəsində qazaxıstanlı tələbələrin təcrübə keçdiyini bildirən rektor tələbə və müəllim mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmli olduğunu vurğulayan Qazaxıstan nümayəndə heyətinin rəhbəri Məhərrəm Məhərrəmov ikitərəfli əməkdaşlıq əlaqələri və perspektivləri haqqında danışıb.

Sonra nümayəndə heyəti BDU-nun nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzində olub. Qonaqlara mərkəzin fəaliyyəti, son illər görülən işlər, həyata keçirilən layihələr və proqramlar haqqında məlumat verilib.

 





03.02.2020    çap et  çap et