525.Az

Rasim Ocaqovun 80 illik yubileyi keçiriləcək


 

Rasim Ocaqovun 80 illik yubileyi keçiriləcək<b style="color:red"></b>

Noyabrın 22-də kinorejissor, xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, prezidentinin müvafiq sərəncamına uyğun olaraq təşkil ediləcək gecədə kino xadimləri, Rasim Ocaqovun sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
 
Gecədə mərhum rejissorun həyat və yaradıcılığından söz açılacaq, xatirələr söyləniləcək, sənətkarın həyatının müxtəlif məqamlarını əks etdirən fotosərgi və sənədli film nümayiş olunacaq.
 
Qeyd edək ki, yubiley sözügedən nazirliyin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində baş tutacaq.

 





18.11.2013    çap et  çap et