525.Az

Dairə seçki komissiyalarına Brayl əlifbalı seçki bülletenləri təqdim edilib


 

Dairə seçki komissiyalarına  Brayl əlifbalı seçki bülletenləri təqdim edilib<b style="color:red"></b>

Mən bütün seçkilərdə həvəslə iştirak edirəm. Çünki bu, hər bir vətəndaşın konstitusion hüququdur. Əvvəllər seçkiyə mütləq yanımda kiminləsə gedirdim. Gözlərim görmədiyindən həmin adamdan soruşurdum ki, haraya qol çəkmək lazımdır. Səs vermək istədiyim namizədin adını dedikdən sonra mənə uyğun qrafanı göstərirdilər və səs verirdim. Amma indi daha yaxşı şərait yaradılıb. Brayl əlifbalı seçki bülletenləri çap olunub. Mən də hamı kimi, bülletendə adları özüm oxuyuram və kimə istəyirəmsə səs verirəm. Kimə səs verdiyimi də başqa heç kim bilmir. Bu, mənim hüququmdur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz sakini, I qrup əlil Musa Paşayev bildirib.

55 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Bəhram Ömərov fevralın 9-da Milli Məclisə seçkilərdə gözdən əlil və hərəkət məhdudiyyəti olan seçicilərin də səsvermədə iştirakını təmin etmək üçün hər cür şərait yaradıldığını deyib.

“Seçkiyə hazırlıq işləri mərhələli şəkildə yerinə yetirilir. Fevralın ikisində seçki bülletenlərimiz dairə seçki komissiyasına təqdim olunub. 44 min 570 bülleten almışıq. Bülletenlər fevralın 5-də məntəqələrə təhvil veriləcək. Gözdən əlillər üçün Brayl əlifbası ilə çap olunmuş bülletenlər bizə təqdim olunub. Gözdən əlil seçicilərin səs vermək üçün məntəqəyə gəlməsinə, səsvermə kabinetinə daxil olmasına digər seçicilər kömək edə bilər. Lakin Brayl əlifbası ilə hazırlanmış bülleteni aldıqdan sonra onlar rahat şəkildə öz hüquqlarından istifadə edə bilərlər”, - deyə komissiya sədri bildirib.

 





04.02.2020    çap et  çap et