525.Az

Azərbaycan Prezidenti: Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir


 

Azərbaycan Prezidenti: Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir<b style="color:red"></b>

Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir. Azərbaycan inkişaf, sabitlik yolu ilə getmişdir. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir. Dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yerləri yaranır. Mövcud problemlər öz həllini tapmır, əksinə, yeni problemlər əlavə olunur. Demək olar ki, dünyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bizim bölgəmizdə, postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Bəzi hallarda bu gərginlik daha şiddətli formalar alır. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

Dövlətimizin başçısı bildirib ki, ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Ölkədə aparılan siyasət xalq tərəfindən dəstəklənir.

“Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur”, - deyə Prezident İlham Əliyev qeyd edib.

 





04.02.2020    çap et  çap et