525.Az

Şanxay Əməkdaşlıq Təşkilatının seçki müşahidə missiyası öz işinə başlayıb


 

Şanxay Əməkdaşlıq Təşkilatının seçki müşahidə missiyası öz işinə başlayıb<b style="color:red"></b>

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) seçki müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı öz işinə başlayıb.

APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, seçki müşahidə missiyasına ŞƏT baş katibinin müavini Sherali Saidamir Jonon rəhbərlik edir.

Seçki müşahidə missiyasına ŞƏT-ə üzv dövlətlərin qanunverici, icra və seçki orqanlarının nümayəndələri, həmçinin ŞƏT Katibliyinin rəsmiləri daxil edilib.

Onlar Bakı və Abşeron yarımadasında, Sumqayıt, Şirvan şəhərlərində, həmçinin onlara yaxın ərazilərdə müşahidə aparacaqlar.

Seçki müşahidə missiyası seçki məntəqələrinin hazırlığını öyrənəcək, səsvermə prosesinin monitorinqini aparacaq, seçki kampaniyasının təşkili, səslərin sayılması prosesini müşahidə edəcək, həmçinin seçicilər, namizədlərin nümayəndələri və digər müşahidəçilərlə görüşəcəklər.

ŞƏT müşahidə missiyası fevralın 10-na kimi Azərbaycanda olacaq.

 





04.02.2020    çap et  çap et