525.Az

Respublika Taun Əleyhinə Stansiyanın adı dəyişib


 

Respublika Taun Əleyhinə Stansiyanın adı dəyişib<b style="color:red"></b>

Respublika Taun Əleyhinə Stansiyanın adı dəyişib.

APA-nın xəbərinə görə, Stansiyanın bazasında Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi yaradılıb.

Dəyişikliyin Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə baş verdiyi bildirilir.

Dəyişiklə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, Azərbaycana "2019-nCoV" koronavirus epidemiyasının diaqnostik alətlər dəsti gətirilib. Koronavirusun diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.

 





04.02.2020    çap et  çap et