525.Az

MDB, ŞƏT və KTMT-yə üzv ölkələrin Müdafiə nazirləri Moskvada görüşəcəklər


 

MDB, ŞƏT və KTMT-yə üzv ölkələrin Müdafiə nazirləri Moskvada görüşəcəklər<b style="color:red"></b>

Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə nazirləri iyunda Moskvada görüşəcəklər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, adıçəkilən təşkilatların Müdafiə nazirliklərinin nümayəndələri fevralın 4-5-də Moskvada müdafiə nazirlərinin iyun görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd olunub ki, Azərbaycan, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın Müdafiə Nazirlikləri bu görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.

 





04.02.2020    çap et  çap et