525.Az

BDU-nun koronavirusa görə xəstəxanaya yerləşdirilən tələbəsindən yeni xəbər var


 

BDU-nun koronavirusa görə xəstəxanaya yerləşdirilən tələbəsindən yeni xəbər var<b style="color:red"></b>

Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən Çin vətəndaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1996-cı il təvəllüdlü Liu Youşa evə buraxılıb.

"Report" xəbər verir ki, çinli tələbə yanvarın 27-dən xəstəxanada həkim nəzarəti altında saxlanılırdı.

Səhiyyə Nazirliyindən bildirilib ki, o, karantin müddəti bitdiyindən bu gün evə buraxılıb və səhhətində heç bir problem yoxdur.

Qeyd edək ki, Liu Youşa BDU-nun Tarix fakültəsinin III kursunda təhsil alır. O, yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb.

 





04.02.2020    çap et  çap et