525.Az

Yevgeni Kozyak: "Azərbaycanda seçkiöncəsi proses qanunauyğun şəkildə aparılır"


 

Yevgeni Kozyak: "Azərbaycanda seçkiöncəsi proses qanunauyğun şəkildə aparılır"<b style="color:red"></b>

MDB müşahidə missiyası Milli Məclisə keçirilən seçkilərlə bağlı monitorinqini davam etdirir.

MDB müşahidəçiləri Qəbələ, İsmayıllı, Oğuz, Şamaxı, Şəki rayonlarında və Naxçıvan Muxtar Respublikasındakı dairə seçki komissiyalarının işi ilə tanış olublar. Müşahidələr zamanı seçki öncəsi prosesin qanunauyğun şəkildə aparıldığını gördük. Secki-2020.az saytının xəbərinə görə, bu fikirləri açıqlamasında MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Kozyak bildirib.

O qeyd edib ki, seçki komissiyalarının üzvləri müşahidəçilərə seçici siyahılarının yenilənməsi, seçki komissiyasının üzvlərinin təlimi, habelə seçicilərə səsvermə məntəqəsinin ünvanı, səsvermə vaxtı və siyahıdakı seçicinin nömrəsi barədə bildirişlərin göndərilməsi barədə məlumat veriblər. Missiya nümayəndələri seçki komissiyalarının iclaslarının protokolları və seçkilərlə əlaqəli digər sənədlərlə tanış olmaq imkanı əldə ediblər.

Y.Kozyak qeyd edib ki, dairə və məntəqə seçki komissiyalarının rəhbərliyi və üzvləri ünsiyyətə açıqdırlar, seçki kampaniyasının keçmiş mərhələləri barədə lazımi məlumat verirlər. Komissiyaların binaları ofis avadanlığı, ehtiyat enerji mənbələri, lazımi metodiki ədəbiyyat və seçkilərlə bağlı əyani vəsaitlərlə təmin edilib.

Onun sözlərinə görə, missiya və Beynəlxalq Demokratiyanın İnkişafı, Parlamentarizm və Vətəndaşların Seçki hüquqlarına Müşahidəsi İnstitutunun ekspertləri Azərbaycan Respublikasının seçki qanununun təhlilini tamamlayıb. Missiya yekun sənəddə səsvermə günündən sonra seçki hüququ ilə bağlı rəyini bildirəcək.

Yevgeni Kozyak əlavə edib ki, MDB müşahidə missiyasının formalaşdırılması başa çatıb. Müşahidə missiyası Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, habelə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasını, Belarus və Rusiya İttifaqı Parlament Assambleyasını təmsil edən 252 nəfərdən ibarətdir.

 

 





04.02.2020    çap et  çap et