525.Az

ATƏT PA-nın sədri: Şəffaf və rəqabətli seçkilər Azərbaycanda səmərəli islahatlar üçün zəruri olan yeni parlamentə inamı artırır


 

ATƏT PA-nın sədri: Şəffaf və rəqabətli seçkilər Azərbaycanda səmərəli islahatlar üçün zəruri olan yeni parlamentə inamı artırır<b style="color:red"></b>

Şəffaf və rəqabətli seçkilər Azərbaycanda səmərəli islahatlar üçün zəruri olan yeni parlamentə inamı artırır.

AZƏRTAC xəbər verir ki, bu fikir ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin Azərbaycana səfərinin nəticələri ilə bağlı yayılan məlumatda yer alıb.

Georgi Tsereteli beynəlxalq müşahidəçilərin Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük maraq göstərdiklərini bildirib. O, Bakıya səfəri zamanı bir sıra görüşlər keçirdiyini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün daha maraqlı və məhsuldar olduğunu vurğulayan ATƏT PA-nın sədri seçkilərlə əlaqədar hakimiyyətin atdığı mütərəqqi addımların diqqət mərkəzində olduğunu bildirib.

G.Tsereteli, həmçinin deyib ki, Bakıda keçirilən görüşlərdə Gürcüstan-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.

 





04.02.2020    çap et  çap et