525.Az

Tanınmış aparıcı kitabından danışdı


 

Tanınmış aparıcı kitabından danışdı<b style="color:red"></b>

Tanınmış aparıcı Aynur Talıbova müəllifi olduğu “Azərbaycanı kəşf et” adlı kitabı ilə bağlı danışıb.

Axşam.az xəbər verir ki, A.Talıbova “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinə açıqlamasında aparıcılığın nankör peşə olduğunu deyib:

“Əgər bu gün efirdəsənsə, səni hamı tanıyır, xatırlayır. Bir müddət görünməyəndə isə unudulursan. Bunu təcrübəmə əsaslanıb deyirəm. Bu səbəbdən qərara gəldim ki, kitab yazım. Kitabla bərabər imzam da illərlə qalacaq. İnsanlar 10-20 il sonra belə oxuyanda mənim adıma rast gələcəklər. Həmişə xarici ölkələrə səfər zamanı həmin yerlə bağlı kitablar, bukletlər götürürdüm. Qərara gəldim ki, biz də turistlər üçün belə bir kitab hazırlayaq. Burada Azərbaycanın bütün bölgələrindən bəhs olunur, 500-dən çox mənbədən istifadə etmişik".

 





18.11.2013    çap et  çap et