525.Az

MDB müşahidə missiyasının üzvü: "Parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılır"


 

MDB müşahidə missiyasının üzvü: "Parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılır"<b style="color:red"></b>

“İsmayıllıda, Qəbələdə, Oğuzda, Şəkidə dairə və məntəqə seçki komissiyalarında oldum.

Həm dairə, həm də məntəqə seçki komissiyalarında apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılır”. Bunu secki-2020.az saytına açıqlamasında MDB müşahidə missiyasının üzvü Pyotr Qalkeviç deyib.

Onun sözlərinə görə, görüşlərdə deputatlığa namizədlər, eləcə də seçicilər tərəfindən hər hansı şikayət daxil olmayıb.

“Şəxsən mənə fəaliyyətimi həyata keçirmək və lazımi informasiyalar almaq üçün bütün şərait yaradılıb”, – deyə Pyotr Qalkeviç bildirib.

 





04.02.2020    çap et  çap et