525.Az

Türkiyənin “Mərmərə Qrupu” parlament seçkiləri ilə bağlı fəaliyyət proqramını açıqlayıb


 

Türkiyənin “Mərmərə Qrupu” parlament seçkiləri ilə bağlı fəaliyyət proqramını açıqlayıb<b style="color:red"></b>

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi fevralın 9-da Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdə müşahidəçi qismində həyata keçirəcəyi fəaliyyət proqramını təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Mərmərə Qrupu” bununla bağlı açıqlama yayıb.

Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin imzası ilə yayılan açıqlamada bildirilir ki, qrupun üzvlərindən ibarət nümayəndə heyəti səsvermə prosesini izləyəcək, müşahidələr əsasında seçkilərin nəticələrinə dair rəyini açıqlayacaq.

“Mərmərə Qrupu”nun nümayəndə heyəti fevralın 10-da Bakıda seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək.

 





04.02.2020    çap et  çap et