525.Az

Amerikalı ekspert: "Azərbaycan geosiyasi dialoqun mərkəzinə çevrilir"


 

Amerikalı ekspert: "Azərbaycan geosiyasi dialoqun mərkəzinə çevrilir"<b style="color:red"></b>

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi hökumət ölkəni mühüm məsələlərə dair yüksək səviyyəli danışıqlar üçün beynəlxalq mərkəzə çevirməyi bacarıb".

Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı arasında Bakıda keçiriləcək görüşü şərh edərkən bildirib.

“Azərbaycan həmişə Avropada və Asiyada sülhün, iqtisadi yüksəlişin qəti tərəfdarı olub. Tod Uolters ilə Valeri Gerasimov arasında qarşıdakı görüş Bakının geosiyasi dialoq mərkəzinə, hərbi qüvvələr arasında uzlaşma mərkəzinə çevrilməsi üçün gözəl fürsətdir. Bununla da Azərbaycan paytaxtı Avrasiyada iki ən mühüm uniformalı şəxs arasında danışıqlar keçirilən xüsusi status əldə edir”, - deyən politoloqun fikrincə, diplomatik alətlər və geosiyasi dəlillərə əsaslanan düşünülmüş siyasət həyata keçirməklə Prezident İlham Əliyevin rəhbərlik etdiyi hökumət ölkəni yüksək səviyyəli, o cümlədən ABŞ və NATO ilə Rusiya arasında danışıqlar üçün beynəlxalq mərkəzə çevirməyi bacarıb.

“Afrikada, Əfqanıstanda, Kosovoda, başqa bölgələrdə sülhməramlı missiyalarda iştirak edən Azərbaycan xüsusi strateji əhəmiyyətə malikdir. Azərbaycan hökuməti beynəlxalq sülhməramlı vəzifələri qəbul edir, daxili təhlükəsizlik düzənini də qoruyub saxlayır. Azərbaycan Cənubi Qafqazdakı vəziyyətin düzəlməsi istiqamətində, habelə BMT-nin inkişafı ilə bağlı məqsəd və məramlarına çatmaq üçün bir çox əyani nəticələr əldə edə bilib”, - politoloq vurğulayıb.

 





04.02.2020    çap et  çap et