525.Az

Azərbaycan Moskvada keçiriləcək “Prodekspo-2020” beynəlxalq sərgisinin rəsmi sponsorudur


 

Azərbaycan Moskvada keçiriləcək “Prodekspo-2020” beynəlxalq sərgisinin rəsmi sponsorudur<b style="color:red"></b>

Moskvada “Prodekspo-2020” beynəlxalq qida məhsulları, içkilər və onların Rusiyada və Şərqi Avropada istehsalı üçün istifadə edilən xammal sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sərgi fevralın 10-14-də “Eksposentr” Mərkəzi Sərgi Kompleksinin ərazisində təşkil olunacaq.

Azərbaycan sərginin və axşam ziyafətinin rəsmi sponsorudur. İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə sərgidə 30-dan artıq Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” brendi altında vahid milli stenddə təqdim edəcəklər.

Qeyd edək ki, İri beynəlxalq sərgi olan “Prodekspo”da dünyanın hər yerindən ərzaq məhsulları - gündəlik baza məhsulları və içkilərindən tutmuş nəfis yeməklərədək, həmçinin orqanik, idman qidası, sağlam həyat tərzi üçün, halal, koşer qidası, ekzotik ərzaqlaradək təqdim olunur.

 





04.02.2020    çap et  çap et