525.Az

BƏƏ-də İslam Dünyası Universitetləri Federasiyası İcraiyyə Şurasının 23-cü sessiyası keçirilib


 

BƏƏ-də İslam Dünyası Universitetləri Federasiyası İcraiyyə Şurasının 23-cü sessiyası keçirilib<b style="color:red"></b>

Fevralın 2-3-də Birləşmiş Ərəb Əmirliklərindəki Şarjah Universitetində İslam Dünyası Universitetləri Federasiyası (FUIW) İcraiyyə Şurasının 23-cü sessiyası keçirilib. AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, İcraiyyə Şurasının sədri Əhməd Əl-Əməri federasiyanın fəaliyyəti barədə hesabat verib, FUIW çərçivəsində əməkdaşlığın perspektivlərindən danışıb.

Sessiyanın açılışında çıxış edən İSESKO-nun Baş direktoru və federasiyanın baş katibi Salim Əl-Malik İslam ölkələri universitetləri arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və birgə elmi tədqiqatların, xüsusən müasir innovativ layihələrin əhəmiyyətindən bəhs edib, rəhbərlik etdiyi təşkilatın bu prosesə dəstəyinin davam edəcəyini vurğulayıb.

Sonra FUIW-in bir illik maliyyə hesabatı, federasiyanın baş katibinin məruzəsi dinlənilib, habelə yeni universitetlərin üzvlük müraciətlərinə baxılıb.

Xatırladaq ki, federasiya İSESKO-nun himayəsi altında 1987-ci ildən fəaliyyət göstərir və hazırda 347 universiteti birləşdirir. Azərbaycan Dövlət İqtisad Universiteti də FUIW-in üzvüdür və o, 2017-ci ildə federasiyanın İdarə Heyətinə seçilib.

 





04.02.2020    çap et  çap et