525.Az

“Korporativ DOST” altproqramı hazırlanıb və tezliklə ictimaiyyətə təqdim olunacaq


 

“Korporativ DOST” altproqramı hazırlanıb və tezliklə ictimaiyyətə təqdim olunacaq<b style="color:red"></b>

Cəmiyyətdə ictimai-sosial məsuliyyət hissinin artırılması, müxtəlif təşkilatların korporativ sosial məsuliyyətlilik proqramlarının daha effektiv, geniş əhatəli, qarşılıqlı əməkdaşlıq və sistemli formada həyata keçirilməsi, həmin proqramlardan daha çox faydanın əldə edilməsi məqsədilə “Könüllü DOST” proqramı çərçivəsində “Korporativ DOST” altproqramı hazırlanıb.

Bu barədə AZƏRTAC-a DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev məlumat verib.

Onun dediyinə görə, altproqram korporativ sosial məsuliyyətlilik proqramları çərçivəsində keçirilən tədbirlərin xüsusən gənclər, işsiz və işaxtaranlar, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olan uşaqlar, aztəminatlı ailələrin üzvləri, pensiyaçılar və digər həssas qruplar tərəfindən yararlanmasına geniş imkan yaradacaq. Belə ki, həmin proqramlar çərçivəsində sahəvi təlimlərin təşkili, mentor fəaliyyətinin həyata keçirilməsi, tibbi, psixoloji və s. yardımın göstərilməsi, sosial tədbir və layihələrin təşkilində dəstək verilməsi və digər sahələrin əhatə olunması nəzərdə tutulur.

“Korporativ DOST” altproqramının əsas mahiyyət və məqsədlərinin ictimaiyyətə çatdırılması, korporativ sosial məsuliyyətlilik proqramlarına belə təşəbbüslərin həyata keçirilməsində maraqlı olan daha çox təşkilatın qoşulmasını təmin etmək üçün tezliklə altproqram geniş ictimaiyyətə təqdim olunacaq.

 





05.02.2020    çap et  çap et