525.Az

AZAL-ın saytında bəzi funksiyalar işləməyəcək


 

AZAL-ın saytında bəzi funksiyalar işləməyəcək<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) internetdəki resurslarının yeni platformaya köçürülməsi ilə əlaqədar bu gün saat 20:00-dan aviaşirkətin www.azal.az ünvanındakı saytında bəzi funksiyalar işləməyəcək.

“Report” bu barədə AZAL-a istinədən xəbər verir.

Məlumata görə, söhbət internet səhifəsinin aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması hissələrindən gedir. Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür.⠀

"Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı, saytımızdakı əks əlaqə forması və yaxud WhatsApp: +994 12 437 40 82 vasitəsilə müraciət edə bilərsiniz", - məlumatda qeyd edilib.

 





05.02.2020    çap et  çap et