525.Az

Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” kitabı çapdan çıxıb


 

Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” kitabı çapdan çıxıb<b style="color:red"></b>

Bakı Slavyan Universitetinin (BSU) rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, filologiya üzrə elmlər doktoru, Əməkdar müəllim, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” kitabı nəşr olunub.

BSU-dan AZƏRTAC-a bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi fəaliyyətə başlamasının 50 illiyinə həsr olunmuş bu monoqrafiya maraqlı məzmunu, yüksək ideya-siyasi və bədii keyfiyyətləri ilə diqqəti cəlb edir.

“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr olunmuş kitabda dünya siyasətinin görkəmli siması, Azərbaycan xalqının ümummilli lideri, böyük düha sahibi Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illik dövrünü əhatə edən fədakar fəaliyyətinə, tarixi xidmətlərinə, xalqın nurlu gələcəyinə yönəlmiş ölməz ideyalarına işıq salınır. Eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən müstəqil ölkəmizin müasir dünya standartlarına və yeni beynəlxalq çağırışlara uyğun beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutan genişmiqyaslı fəaliyyətləri, çoxcəhətli addımları işıqlandırılır.

Kitabda ölkənin ən böyük və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası, örnəyə çevrilmiş Azərbaycan qadınlarının həyatı, fəaliyyəti, Qarabağ həqiqətləri təhlil edilir. İllərlə qələmə alınmış bu publisistik məqalələrdə Azərbaycanın uğurlu siyasəti, xalqın xoşbəxtliyi naminə töhfə vermiş şəxsiyyətlərin fəaliyyəti haqqında ən böyük həqiqətlər təqdim edilir.

 





05.02.2020    çap et  çap et