525.Az

Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkəmiz də təmsil olunur


 

Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkəmiz də təmsil olunur<b style="color:red"></b>

Fevralın 5-də Belarus paytaxtı Minskdə XXVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirlib ki, Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli sərgidə iştirak edir.

Sərgi-yarmarkada Azərbaycan haqqında məlumatlar kitabsevərlərə çatdırılır. Ölkəmizin stendində müxtəlif nəşriyyatların 100 addan çox kitabı nümayiş olunur.

Stenddə ölkəmizin tarixi, müasir inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı kitablar, bədii ədəbiyyat nümunələri sərgilənir.

Stendimizi ziyarət edənlərə ölkəmizin mədəniyyəti, tarixi, müasir ədəbiyyatı haqqında məlumat verilir, jurnal, informasiya bukletləri paylanılır.

Qeyd edək ki, sərgidə ölkəmizi Mədəniyyət Nazirliyi ilə yanaşı, “Azərnəşr”, “Şərq-Qərb” nəşriyyatları və Respublika Gözdən Əlillər Kitabxanası təmsil edir.

 

 





05.02.2020    çap et  çap et