525.Az

Namık Kamal Yıldırım: "Parlament seçkiləri Azərbaycanda son vaxtlar aparılan islahatların tərkib hissəsidir"


 

Namık Kamal Yıldırım: "Parlament seçkiləri Azərbaycanda son vaxtlar aparılan islahatların tərkib hissəsidir"<b style="color:red"></b>

Azərbaycanda keçiriləcək parlament seçkiləri son vaxtlar ölkədə aparılan islahatların tərkib hissəsidir. Bu, Azərbaycanın daha da inkişafı baxımından önəmlidir.

Secki-2020.az saytının xəbərinə görə, bu sözləri Türkiyənin “Can Azərbaycan” media şirkətinin təsisçisi və rəhbəri Namık Kamal Yıldırım bildirib.

“Can Azərbaycan” media şirkəti tərəfindən Türkiyədə nəşr olunmuş, 20 Yanvar hadisələrindən bəhs edən “Ağla karanfil ağla” kitabının təqdimatı ilə əlaqədar ötən həftə Bakıda olduğunu bildirən N.K.Yıldırım deyib: “Şəhərdə çox gözəl ab-hava, canlanma gördüm. Söhbət etdiyim, görüşdüyüm hər kəs fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlaşırdı. Azərbaycan dövləti tərəfindən seçkilərin demokratik və şəffaf keçirilməsi istiqamətində aparılan işlər göz qarşısındadır. Bu, təqdirəlayiq haldır”.

Türkiyədən parlament heyətinin seçkiləri müşahidə etmək üçün Azərbaycana gedəcəyini xatırladan müsahibimiz bildirib: “Namizədlərin əksəriyyəti gənclərdən ibarətdir. Bu da gənc nəslin ölkənin parlaq gələcəyinə olan inamının, eyni zamanda, gənclərə göstərilən etimadın bariz göstəricisidir. Fikrimcə, son 10 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolunu dünyanın heç bir ölkəsində görmək mümkün deyil. Azərbaycanın gündən-günə daha da çox inkişaf etməsini görmək qardaş ölkə olaraq Türkiyə üçün də qürurvericidir”.

 





05.02.2020    çap et  çap et