525.Az

Si Cinpin: "Çinin yeni koronavirusun yayılmasına nəzarət səyləri çox vacib mərhələdədir"


 

Si Cinpin: "Çinin yeni koronavirusun yayılmasına nəzarət səyləri çox vacib mərhələdədir"<b style="color:red"></b>

"Çinin yeni koronavirusun yayılmasına nəzarət səyləri çox vacib mərhələdədir və hakimiyyət epidemiyanın yayılmasının qarşısını almalıdır".

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin deyib.

ÇXR sədri bildirib ki, hökumət yeni koronavirusun yayılması barədə məlumatları vaxtında və dəqiq şəkildə yaymalıdır, çünki bu, koronavirusla əlaqəli şayiələrin yayılmasının qarşısını alacaq.

Si Cinpin qeyd edib ki, hökumət digər ölkələrin virusla mübarizə üçün göndərdiyi yardımların tam və şəffaf şəkildə istifadəsini təmin edəcək.

 





05.02.2020    çap et  çap et