525.Az

MSK sədri: “Müəllimlər, həkimlər də seçicidir”


 

MSK sədri: “Müəllimlər, həkimlər də seçicidir”<b style="color:red"></b>

“Müəllimlər, həkimlər də seçicidir. Onlar da namizədlərlə görüşə bilərlər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bir çox saytda bununla bağlı xəbərlər yayılır: “Mən başa düşmürəm ki, müəllim, həkim seçici deyilmi? Onların deputatlığa namizədliyi qeydə alınmış şəxslərlə görüşməsinə niyə bu cür reaksiya verilir. 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”.

M. Pənahov vurğulayıb ki, yerli hakimiyyət orqanları namizədə köməklik edirsə, bu məsələ araşdırılmalıdır: “Amma digər məsələlərlə kimlərsə məşhur olmaq istəyir”.

 





05.02.2020    çap et  çap et