525.Az

MSK Fərəc Quliyevə xəbərdarlıq edib


 

MSK Fərəc Quliyevə xəbərdarlıq edib<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Mehman Hüseynovun həmin dairədən namizəd olan Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK-nın üzvü Ramiz İbrahimov məlumat verib.

R. İbrahimov deyib ki, şikayətdə F. Quliyevin Mehman Hüseynova 15 min manat pul təklifi əksini tapıb.

R. İbrahimov diqqətə çatdırıb ki, həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış  Əliyev Etibar və Orxan Kəngərli də həmin məsələ ilə bağlı MSK-ya müraciət edərək, F. Quliyevin bununla seçkini gözdən saldığını və buna görə də onun namizədliyinin ləğv edilməsini istəyib.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılıb və onların iclasda iştirak etmələri bildirilib.                                   

Mehman Hüseynov özü də MSK-nın bu gün keçirilən iclasında iştirak edib.

 





05.02.2020    çap et  çap et