525.Az

Bu gün seçki bülletenlərinin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.


 

Bu gün seçki bülletenlərinin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.<b style="color:red"></b>

Bu gün seçki bülletenlərinin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, DSK-lar səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidir.

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu müddət fevralın 6-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasından seçki bülletenlərinin DSK-lara verilməsi prosesi fevralın 3-də başa çatıb.

 





05.02.2020    çap et  çap et