525.Az

Azərbaycan Gənclər İttifaqı “Mənim yaşıl məktəbim” layihəsi həyata keçirir


 

Azərbaycan Gənclər  İttifaqı “Mənim yaşıl məktəbim” layihəsi həyata keçirir<b style="color:red"></b>

Azərbaycan Gənclər  İttifaqı  ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Mənim yaşıl məktəbim” layihəsini həyata keçirir.
 
Layihənin başlıca məqsədi məktəb ictimaiyyətini (şagird, müəllim və valideynlər) cəlb etməklə ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin genişləndirilməsi, eləcə də ictimai maarifləndirmənin həyata kecirilməsidir.

Layihə çərçivəsində enerji effektivliyini artırmaq məqsədi ilə məktəb administrasiyası üçün təlimlər, eləcə də seçilmiş pilot məktəblərdə enerji mkonitorinqi keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihə Ucar, Qax və  Lənkəran rayonlarını əhatə edir və hər rayondan 2 məktəb layihəyə cəlb ediləcək.

Noyabrın 15-16-da layihə çərçivəsində  məktəb administrasiyası üçün “Məktəblərdə enerji effektivliyinin təşkili: nəzəriyyədən praktikaya” adlı təlim keçirilib. Təlimdə seçilmiş pilot məktəblərindən direktor, təsərrüfat işlərinə məsul şəxs və rayon təhsil şöbəsinin əməkdaşları iştirak ediblər. Təlim  Memarlıq və İnşaat Univeristetinin müəllimləri professor Nurməmməd Məmmədov və universitetin müəllimi Samirə Əkbərova tərəfindən aparılıb.

Təlimdə iştirakçılara enerji effektivliyinin artırılması  məqsədi ilə dünyada gedən proseslər, və bu istiqamətdə atılan addımlar barəsində məlumat verilib. Həmçinin təlimçilər Azərbaycanda bu istiqamətdə qarşıya qoyulan vəzifələri iştirakçıların diqqətinə çatdırıblar. Qeyd edilbi ki, hazırda Azərbaycanda “Enerji Effektivliyi haqqında” qanun layihəsi hazırlanaraq müvafiq qurumların müzakirəsinə verilib və bu layihənin qəbul edilməsi ilə ölkədə enerji effektivliyini artırmaq istiqamətində müsbət nəticələr əldə edilə bilər.

Tədbirdə həmçinin enerji effektivliyinin artırılması  prosessində məktəblərin rolunun əvəzsiz olduğu vurğulanıb. O da qeyd edilib ki, gənc nəslin maarifləndirilməsində tədris müəssisələri əhəmiyyətli rola malikdirlər.

Təlim iştirakçıları qruplarda iş apararaq təmsil etdikləri məktəblərdə enerji effektivliyinin artırılması  istiqamətində görülməsi vacib olan işləri müzakirə ediblər və gələcək tədbirlər siyahısı hazırlayıblar.

Qeyd edək ki, layihə çərçivəsində  3 pilot rayondan-Ucar, Qax və Lənkərandan seçilmiş 6 məktəbdə enerji monitorinqi aparılacaq. Monitorinqin nəticələri əsasında müvafiq tövsiyyə sənədi hazırlanacaq.

 





18.11.2013    çap et  çap et